“Ürək və qan damar sistemi” mövzusunda nümunəvi dərs

01 noyabr 2023-cü il tarixində məktəbin 6a sinfində təbiət dərsində fənn müəllimi Sevda Rüstəmova “Ürək və qan damar sistemi” mövzusunda nümunəvi dərs keçirib. O əvvəlcə İnsan orqanizminin normal fəaliyyəti üçün ürəyin sağlam və qüvvətli olmasının vacibliyindən, dözümlü olmaq üçün müxtəlif cür iş görmək üçün ürəyi məşq etdirmək, onun əzələsini gücləndirməyin vacib olduğunu bildirib. Müəllim bildirib ki, əzələlərin yaxşı inkişafı üçün əzələ qanla təchiz olunmalıdır. Uşaqlarda qan damar sisteminin inkişafı ürəyin inkişafından geri qalır. Buna görə də qanı damarların mənfəzindən itələmək üçün yeniyetmənin ürəyinə əlavə güc düşür. Ona görə də yeniyetmələr mütləq fiziki hərəkətlər etməli və idmanla məşğul olmalıdır. Daha sonra şagirdlər “Ürək və qan damar sistemi” mövzusunda kiçik təcrübələr aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi