“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir

01 noyabr 2023-cü il tarixdə 235 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirilib. Sinif müəllimi İsmayılova Şəhla uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə uşaqlara ətraflı məlumat verib. 

Daha sonra şagirdlər öz hüquqları barədə müzakirə aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi