Robotlarla tanışlıq, onların insan həyatındakı rolu mövzusunda nümunəvi dərs keçirilib

13 oktyabr 2023-cü il tarixdə  məktəbin 4ç sinfində texnologiya ibtidai sinif müəllimi Mayılova Esmira “Robotlarla tanışlıq, onların insan həyatındakı rolu” mövzusunda  nümunəvi dərs keçdi. Dərsin keçilməsində əsas məqsəd şagirdlərdə müasir texnologiyalar haqqında təsəvvürün yaradılması və tullantılardan təkrar necə istifadə etməyin mümkünlüyü haqqında təsəvvütlərin yaradılması idi. Dərs zamanı uşaqlar məişət tullantılarından - köhnə qutulardan, plastik şüşələrdən, disklərdən, qabyuyan süngərlərdən istifadə edərək robot modelləri hazırlayıb və hazırladıqları modellərə öz təsəvvürlərinə uyğun adlar veriblər. Araşdırmanın köməyi ilə belə qənaətə gəlinib ki, məişət tullantılarının təkrar istifadəsi planetin ekoloji tarazlığını bərpa edir. Tullantılardan yaradılan robotlar müxtəlif sahələrdə insanlara xidmət edə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi