“Qubadlı şəhəri günü” qeyd edildi

 25 oktyabr 2023-cü il tarixdə məktəbin 1a sinfinin sinif rəhbəri Samirə Hüseynova sinif saatını Qubadlının düşmən tapdağından azad olunmasına həsr edib. Samirə Hüseynova şagirdlərin diqqətinə çatdırdı ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i “Qubadlı Şəhəri Günü” kimi təntənəli şəkildə qeyd edilir. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Müəllim şagirdlərə Qubadlının tarixindən, gözəl təbiətindən və daha sonra yağı düşmənlərin torpağımızı necə işğal etməsi haqqında geniş məlumat verib. Eyni zamanda Samirə Hüseynova Qubadlının azad olunmasında döyüşərək qəhrəmanlıq göstərmiş və şəhid olmuş igid oğullarımızdan danışıb. Sinif saatında şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi