Şəhid Vüsal Babayev yad edilib

25 oktyabr 2023-cü iltarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Vüsal Babayev şagirdlər tərəfindən yad edildi. Tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər qarşısında çıxış edən müəllim Ramilə Əliyeva bildirdi ki, göstərdiyi qəhrəmanlığı, Vətənə bağlılığı ilə seçilən Vüsal Babayev 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonunun düşmən tapdağı altında olan kəndləri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Hazırda məktəbin 7a sinfi şəhidin adını daşıyır. Tədbir zamanı şagirdlər şəhidin şəkillərindən ibarət guşə hazırlayıb və şeirlər səsləndiriblər. Daha sonra onlar şəhidin böyüydüyü evi ziyarət edib və Vüsal Babayev haqqında onun valideynlərinin danışdığı xatirələri böyük maraqla dinləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi