“18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş növbəti tədbir keçirilib

  Məktəbin 2a sinfində 18 oktyabr 2023-cü il tarixdə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə tədbir keçirilib. Sinif müəllimi İsmayılova Şəhla şagirdlərə bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür.
O, müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz Ordumuzun 44 günlük Vətən müharibəsində tarixi qələbəsinə diqqət çəkərək, vurğulayıb ki, bu qələbə xalqımızın qəlbində qəhrəmanlıq salnaməsinə çevrilib.
Sonda balaca fidanlar hazırladıqları şeir nümunələrini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi