“18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib.

  18 oktyabr 2023-cü il tarixdə “18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir 7a sinfində məktəbin tarix müəllimi Türkan Məmmədovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tarix müəllimi Türkan Məmmədova qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan tarix müəllimi Türkan Məmmədova vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə buna nümunədir. 
Tədbir məktəblilərin “18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş kompozisiyaları ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi