Valideynlərlə görüş keçirilib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmri ilə təsdiq edilmiş  “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 13 oktyabr 2023-cü il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 7a sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İlk olaraq sinif rəhbəri Ramilə Əliyeva çıxış edərək valideynlərə görüşün məqsədinin valideynlərin övladının təhsil aldığı müəsissə ilə yaxından tanışlığının təmin olunması, tədris prosesinin izlənilməsi, məktəbdə həyata keçirilən layihələr barədə valideynlərin  məlumatlandırılmasından ibarət olduğunu çatdırdı. Daha sonra müəllim bildirdi ki, ailə-məktəb münasibətlərinin sağlam, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişaf şərtlərindən biri olduğunu vurğuladı.
Sonda görüşdə iştirak edən valideynləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin valideynlərin  rəy və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi