Unudulmazlar günü

27.09.2023-cü il tarixdə məktəbin şəhid Baş Leytenant Muxtar Qasımlı adına 3b sinfində “Anım günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sinif müəllimi Əhmədzadə Elnarə şagirdlərə bildirib ki, Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

          Tədbir zamanı balaca fidanlar vətənə və şəhidlərimizə həsr olunmuş şeir kompozisiyaları və musiqi ilə çıxış etmişlər.

       Həmçinin məktəbin 2a sinfi sinif saatını Anım gününə həsr edib. Sinif saatında video çarx izlənilib. Daha sonra Təsviri incəsənət dərsi ilə Azərbaycan dili dərsinin inteqrasiyası aparılmış və şagirdlər Anım gününə aid şəkil çəkib və şeirlər söyləmişlər. Sinif müəllimi İsmayılova Şəhla şagirdlərə Anım Günü ilə bağlı geniş məlumat verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi