Məktəb həyatına ilk çağırış

  15 sentyabr 2023-cü il tarixdə ölkəmizin hər yerində olduğu kimi Bakı şəhəri, Pirallahı rayonunda fəaliyyət göstərən  Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə ilk dərs gününün başlanması münasibətilə keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Hüseynov, İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Loğman Müslümov, məktəbin pedaqoji kollektivi, şagirdlər və onların valideynləri iştirak etdilər. Məktəbdə keçirilən tədbirdə öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra məktəbin direktoru Seymur Yusibov qonaqları salamladı və bildirdi ki, Azərbaycan təhsilində bu günkü inkişafın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. “Heydər Əliyev ili” çərçivəsində məktəblərdə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmuşdur.  Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Çıxış edən digər natiqlər vurğulamışlar ki, hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı uğurlu nəticələrlə doğrultmaqdadır. Yüksək bilik və bacarığa, hər hansısa bir peşəyə sahib olan və öz sağlamlığının qayğısına qalmağı bacaran gənclər yetişdirmək isə məktəb kollektivlərinin qarşısında duran əsas vəzifələrdir. Bu səbəbdən müəllimlər nizam-intizama, dərslərin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, savadlı, milli dəyərlərimizə sahib çıxa biləcək, doğma Vətənimizi irəliyə aparacaq vətənpərvər və bilikli gənclər yetişdirməlidir.Çıxışlardan sonra tədbirin bədii hissəsinə keçilmiş və məktəblilər hazırladıqları kompozisiyaları nümayiş etdirmiş və şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi