Növbəti Pedaqoji Şura iclası

  Pedaqoji Şura ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanıdır.Müəssisənin səlahiyyətinə dair bütün vacib məsələlər məhz pedaqoji şurada müzakirə edilir və qərarlar qəbul olunur.

  Məktəbə yeni təyin olunan məktəb direktoru Seymur Yusibov pedaqoji şuranın sədri olaraq 10.11.2022-ci il tarixində pedaqoji şuranın növbəti iclasını keçirib.İclasda gündəmdə olan məsələlər:müəllimlərin illik plan və gündəliklərinin qaydasında olması,dərs jurnalının səliqəli yazılması,yeni şagird qaydaları,dərsdinləmənin vəziyyəti,şagirdlərin,xüsusən də yuxarı sinif şagirdlərinin davamiyyəti,monitorinqlərin keçirilməsi,məktəb sənədlərinin işlənilməsi qaydaları,dərnək və dərsdənkənar məşğələlərin tədrisi vəziyyəti,risk qrupuna dair şagirdlərlə bağlı görüləcək işlər,Kiçik Akademiya ilə bağlı görüləcək işlər,məktəb təmizliyinin vəziyyəti,məktəbdaxili intizam qaydaları və s.müzakirə olunub,müvafiq tapşırıqlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi