Fəxri xiyabana ziyarət

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan baş leytenant Həsən Rzazadə 29 oktyabr 2020-ci ildə şəhadət zirvəsinə yüksəlmişdir. Bu il igid vətən oğlunun şəhadətə yüksəlməsinin 2-ci ildönümü münasibəti ilə "Fəxri xiyaban"da təşkil edilmiş anım mərasimində Pirallahı rayon 235 nömrəli məktəbin Həsən Rzazadə adına 2a sinifi iştirak etmişdir. Sinif şagirdləri Vətən,bayraq,şəhidlər haqqında şeirlər söyləmişlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani 2a sinifinin anım tədbirində iştirakını yüksək qiymətləndirmiş və sinif rəhbəri Zenfira İsmayılovaya minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi