Xudayar Yusifzadə

Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinovanın və ibtidai sinif müəllimi Şəhla İsmayılovanın təşkilatçılığı ilə 5 a sinfində 44 günlük İkinci Qarabağ müharibəsi şəhidi Dövlət Sərhəd Qoşunlarının kiçik giziri, 22 Oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Ağbənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xudayar Yusifzadənin Anım Günü qeyd edildi. Əvvəlcə Ülkər müəllimə şəhidin həyat və döyüş yolu haqqında geniş məlumat verdi, Xudayar Yusifzadə haqqında videoçarx nümayiş etdirildi.   Daha sonra istedadlı şagirdlərin Xudayar Yusifzadə ilə bağlı apardıqları araşdırmaların təqdimatı oldu. Sonda artıq hamının dillər əzbəri olan "Xudayar" təsnifi şagirdlərin ifasında səsləndi. D

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi