İnşa Müsabiqəsi

Oktyabrın 13-də Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib. Məktəbin 9 A sinif şagirdi Budaqlı Aqşin rayon mərhələsinin qalibi olaraq müsabiqənin şəhər mərhələsində iştirak edib. Şəhər mərhələsində şagirdlər kompüter əsaslı olmaqla Microsoft Word proqramı vasitəsilə 2 saat ərzində “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa yazıblar.

Qeyd edək ki, inşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi