Bir ölər, min dirilərik

27 Sentyabr 2022-ci il tarixində məktəbimizdə 44 günlük müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin Anım Günü ilə əlaqədar silsilə tədbirlərdən biri də  "Bir ölər, min dirilərik" adlı şeir müsabiqəsi oldu. Əvvəlcə "Dəmir Yumruq" əməliyyatı, 44 günlük müharibə haqqında məlumat verildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Daha sonra tədbirin bədii hissəsi başladı. Müsabiqədə məktəbin 5-8 -ci sinif şagirdləri fəallıqla iştirak etdi, hərbi vətənpərvərlik mövzusunda şeirlər ifa etdilər. Xüsusi ifa bacarığı, intonasiya ilə fərqlənən şagirdlər fəxri fərmanla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi