15 Sentyabr " Bilik günü"

Azərbaycan, yurdum mənim! İllərdir, oğul dağından sinəsi çarpaz olan Vətənim! Bir gözümüz gülürsə, bir gözümüz ağlayır, bir yanımız baharsa, bir yanımız payıztək yarpaq tökür. Məlumdur ki, 13  sentyabr 2022- ci il tarixində yenə neçə igid oğlumuz qəlbində arzusu, gözündə istəkləri ilə birlikdə canlarını Vətənə qurban etdi. Yurdumuzu qorumaq naminə yenə neçə mərd düşmənin önündə əyilməyərək məğrurluğunu sübut etdi. Döyüşü toy-bayram, şəhidliyi zirvə bilən igidlərimiz ölümün qarşısında ölümləri ilə yüksəldilər.

Başın sağ olsun Vətən!

Başımıza gələn bu hüznlü hadisə ilə əlaqədar olaraq " Bilik günü" tədbiri təntənəli şəkildə qeyd olunmadı. bir dəqiqəlik sükutla şəhidlər yad olundu. Dövlət himni səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi