Hamımız Qarabağlı-Şuşalıyıq

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa ili' elan etməsi ilə bağlı 25 May tarixində məktəbin Azərbaycan dili ədəbiyyatı müəllimləri Ülkər Şirinova və Aysel Qasımovanın təşkilatçılığı ilə 'Hamımız Qarabağlı-Şuşalıyıq" adlı dəyirmi masa təşkil olundu. Tədbirdə şagirdlər Şuşa şəhərinin yetirmələri olan dahi söz ustadları: Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, eləcə də Şuşanın musiqi beşiyi adlandırılmasının səbəbkarları : bəstəkar Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül haqqında araşdırılmalarını, həmçinin Qarabağ xanlığının vəziri Molla Pənah Vaqiflə İran şahı Ağa Məhəmməd şah Qacarın deyişməsini, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili tamaşasından Məşədi İbadın monoloqunu təqdim etdilər. Məktəbin 8a sinif şagirdi Aqşin Budaqlının hazırladığı Şuşa haqqında videoçarx, eləcə də Heydər Əliyevin Şuşada tarixi çıxışı tədbirdə xüsusi rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi