Ziyarətə çevrilmiş ünvanlar

           Azərbaycanın görkəmli oftalmoloq-alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasından 99 il ötür. Bu il dönümü münasibətilə məktəbin tarix müəllimi Türkan Məmmədovanın və 9-cu sinif şagirdlərinin iştirakı ilə   " Ziyarətə çevrilmiş ünvanlar"adlı dəyirmi masa təşkil olunmuşdur. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Sonra gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarxın arxa fonunda qızı Sevil Əliyevanın müəllifi olduğu "Ana" mahnısı ilə qısametrajlı  film nümayiş olunmuşdur. Daha sonra məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elnur Bayramov tədbir iştirakçıları və şagirdlərə Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında göstərdiyi  müstəsna xidmətlərindən bəhs etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi