12 Aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü

   12 Aprel - Ümumdünya  Aviasiya və Kosmonavtika Günü elan edilib və hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur. 1961 - ci ilin məhz bu günündə,  Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edib. Kosmosu fəth etmiş yeganə Azərbaycanlı - Musa Manarovdu. Sovet kosmonavtikasında əsas sayılan və uzun illər boyu gizli saxlanılan,  çoxsaylı mükafatlari  laureatı Kərim Kərimov Sovet kosmik proqramının banilərindən olub.

    Məktəbin 2c sinif müəllimi Mayılova Esmira bu gün haqqında sinif təşkilat saatında uşaqlara məlumat verib. Şagirdlər də öz növbəsində planetlərin hər birinin xüsusiyyətləri haqqında danışıb. Onlar Yer kürəsi və Günəş ətrafında dönər planetlərin ayrı - ayrılıqda tutduqları yerin əhəmiyyətini vurğulayıb. Daha sonra şagirdlər sinif müəllimləri ilə birlikdə Bakı Planetarium mərkəzində olub. Onlar ən son texnologiya ilə təchiz olunmuş bu mərkəzdə kosmosun ənginliklərinə səyahət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi