Ən sürətli şagird

  "Sağlam bədəndə sağlam can olar" deyiblər. İdman həyatımızın bir parçası, sağlığın isə təməlidir. İdmanla məşğul olmaq orqanizmin möhkəmlənməsində, xəstəliklərin qarşısının alınmasında böyük rol oynayır. Xüsusən, pandemiya dövründə idman insan həyatının əsasında durmalı və ön plana çəkilməlidir. Bunu nəzərə alaraq, 235 nömrəli tam orta məktəbdə "İdman həftəsi" keçirilir. Məktəbdə idman həftəsində "Ən sürətli şagird " adlı qaçış yarışı baş tutub. Yarış  III-IV siniflər üzrə 20 metr məsafədə, V-VII siniflər üzrə 30 metr,VIII-IX siniflər üzrə isə 60 metr məsafədə keçirilib. Yarışda qızlar arasında VII sinif şagirdi Balayeva Fatimə, oğlanlar arasında isə  Dəmirov Elvin 1-ci yerə çıxıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi