21 fevral-Ana dili günüdür.

Dil millətin kimliyi, maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və güclü vasitədir. Dilin dövlət statusuna yüksəlməsi millətin millət olaraq təsdiqidir. 

  21 fevral Beynəlxalq Ana dili günüdür. Bu əlamətdar hadisə ilə bağlı 235 nömrəli tam orta məktəbin Azərbaycan Dili və ədəbiyyat müəllimləri Şirinova Ülkər və Qasımova Ayselin təşəbbüsü ilə məktəbin 8a sinif şagirdləri üçün paytaxtın müxtəlif kitab sərgilərinə ekskursiyalar təşkil olundu. Məqsəd isə şagirdlərdə oxu mədəniyyətini formalaşdırmaq, əsərlərə məhəbbət aşılamaq və kitablara qarşı sevgi oyatmaqdır. Çünki kitablar insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi