Anım tədbiri keçirilib

  19 Noyabr tarixində Zenfira İsmayilovanin rəhbərliyi ilə 1"A" sinif şagirdləri şəhid Həsən Rzazadəyə həsr olunmuş anım tədbiri keçiriblər. Sinifdə şəhidin həyatı və keçdiyi döyüş yolunu əks etdirən guşə yaradilib, şəhnəciklər  nümayiş olunub, şeirlər söylənilib. Şəhid Həsən Rzazadənin həyat və döyüş yolu kiçik Həsənçilər üçün bir örnək olub.

    Daha sonra şəhidin ailəsi və Xətai rayonunda yerləşən abidəsi ziyarət edilib və abidəsi önünə əklil  qoyulub, əziz xatirəsi anılıb. Kiçik Həsənçilərə qəhrəmana həsr olunmuş "Ölməzlik yolunun yolçusu" adlı kitab hədiyyə edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi