Şəhid Muxtar Qasımlı

   44 günlük vətən müharibəsi Azərbaycan xalqına zəfər  sevincini bəxş etməklə yanaşı xalqımızın qəhrəman oğullarını da bizə tanıtdırdı. Məktəbin 1"B" sinif müəllimi Elnarə Əhmədzadə şagirdləri ilə həmin igidlərdən biri olan şəhid Muxtar Qasımlıya həsr olunmuş "Yarım qalan arzular" adlı tədbir təşkil edib. Tədbir Azərbaycan Dövlət himni ilə açıq elan olunub. Şagirdlər şəhidə həsr olunmuş şeirlər, mahnılar söyləyib, kompozisiyalar təqdim ediblər. Şagirdlər Muxtar Qasımlının igidliyini, vətənə olan sevgisini qürurla yad ediblər. Tədbirin sonunda məktəbin 1"B" sinfinə şəhid baş leytenant Muxtar  Qasımlının adı verilməsi qərara alınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi