Möhtəşəm 44 gün

   Azərbaycan əsgərinin canı, qanı bahasına əldı etdiyi uğruna neçə-necə oğullar verdiyi və vahid  Azərbaycanı geri qaytardığı 44 günlük mübarizənin üzərindən artıq 1 il keçir.

   Hər kəs kimi məktəb kollektivi və şagirdləri zəfəri "Möhtəşəm 44 gün" başlığı altında qeyd edib. Tədbirdə şəhid ailələri, qazilər, icra nümayəndələri, Pirallahı rayon Ağsaqqallar şurasının sədri və müəllim kollektivi qonaq olub. İlk olaraq dövlət himni səsləndirilib. Himnin ardından məktəb direktoru Şahin Allahverdiyev qonaqları salamlayıb və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra söz məktəb şagirdlərinə verilib. Şagirdlər tərəfindən  yüksək vətənpərvərlik hissi ilə zəfər mahnıları oxunub, şeirlər söylənilib, müxtəlif kompozisilayar göstərilib. Rayonun 1990-cı ildən 2020-ci ilə kimi şəhid olmuş 44 şəhidi hərbi yürüşlə nümayiş olunub. Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi