Cəbrayılın işğaldan azad olunması

   Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində Ermenistan ordusu tərəfindən işğal edilmişdir.Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

  4 oktyabr 2020-ci il tarixində şücaətli ordumuz Cəbrayil rayonunu işğaldan azad edib.

  Cəbrayılın işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin Humanitar şöbənin müdiri Arzu Abdullayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sübhan Məmmədov  və qazilər iştirak edib.İlk əvvəl tədbirdə Cəbrayıl rayonunun fauna və florasından,tarixi abidələrindən,infostrukturundan danışılıb.Daha sonra şeirlər söylənib,kompozisiyalar göstərilib.Tədbirdə iştirak eden qonaqlara söz verilib. Onlar tədbir haqqında öz təəssüratlarını bölüşüb.Qazilər də öz növbələrində müharibə dövrünün çətin və bir o qədər də qururverici xatirələrini şagirdlərlə bölüşüb.Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi