ZƏFƏRƏ GEDƏN YOL

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 27 sentyabr "Anım günü" və 8 noyabr "Zəfər günü" ilə bağlı müvafiq əmrinə əsasən məktəbdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bunlara seminarlar, mühazirələr, "dəyirmi masalar", vebinarlar, ədəbi-bədii kompozisiyaların , foto və rəsm sərgilərinin təşkili, Şəhidlərin Vətən müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə ekskursiyaların təşkili, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərin ailə üzvləri ilə görüşlər daxildir.

   24.09.2021-ci il tarixdə məktəbdə  "Zəfərə gedən yol" adlı tədbir keçirilib.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Sevinc Əzimova, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qaziləri, İcra hakimiyyəti əməkdaşları, Pirallahı rayonu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süphan Məmmədov və məktəb direktorları iştirak edib.

   Şagirdlər tədbirdə müxtəlif kompozisiyalar nümayiş etdirərək şeir və mahnılar ifa ediblər. Sonda söz şəhid analarına və yaxınlarına verilib. Şəhid anaları torpaqların bütövlüyünü və Qələbənin qorunub saxlanmasını gələcək nəslə həvalə edib.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi