İLK DƏRS GÜNÜ

Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində yeni dərs ili başlayıb. Uzunmüddətli fasilədən sonra məktəbə qayıdan şagirdlər dünyanı bürüyən koronavirus pandemiyasından qorunmaq üçün zəruri olan şərtlər altında təhsil alacaqlar.

     22 sentyabr... Əllərində gül-çiçək, çiyinlərində çanta böyük həyəcanla  birincilər məktəbə tələsirlər.Bu həyəcan müəllimlər və valideynlərə keçir, səs-səsə, sevinci-sevincə qarışır. Hamı sevinir. Çünki bu gün ilk dərs günüdür.

     Tədbirimizi Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək açıq elan etdik.Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Şahin Allahverdiyev çıxış edərək şagird və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.

      Tədbirdə məktəbin Azərbaycan və rus bölməsinin şagirdləri şeirlər səsləndirib, mahnılar oxudular. Sonda məktəbin 1a, 1və 1c sinif şagirdləri Səmədova Məryəm,Məmmədzadə Rüqəyya və Semyonova Alina birincilər üçün ilk zəngi çaldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi