Bu gün Şuşanın işğalından 29 il ötmür

Qarabağın tacı olan Şuşa 1992-ci il mayın 8-də mənfur düşmənimiz olan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşanın işğalından sonra şəhərin əhalisi müxtəlif bölgələrimizə yerləşdirilmişdir.

 Biz otuz ilə yaxın müddətdə düşmən işğalında olan Şuşa və digər rayonlarımızı işğaldan azad etməyə hazır idik. Bu günü həsrətlə gözləyirdik. Nəhayət həmin gün yetişdi.

  2020 ci il sentyabrın 27-i Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu atəşkəsi pozdu. Şanlı ordumuz düşmənə qarşı əks hücum əməliyyatlarına başladı. 

Şanlı ordumuz İkinci Qarabağ savaşında az itki ilə böyük uğurlara imza atdı.Torpağlmızın hər qarışı uğrunda qanlar töküldü. Neçə-neçə igid oğullarımız şəhid, neçə oğullarımız isə qazi oldu. İkinci Qarabağ döyüşlərində qəhrəmanlarımız tarix yazdı. Hər bir döyüş əməliyyatı haqqında illərlə danışmaq olar.

   Şuşa Qarabağın tacı, döyünən ürəyi idi. Şuşa şəhərinin  azad edilməsi siyasi, strateji, həm də mənəvi məna daşıyırdı.Dünyanı heyrətə gətirən döyüş, Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatıdır. Şagirdlərimiz qeyd olunan tarixi günə hazırladıqları referatlar, bülletenlər vasitəsilə münasibət bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi