Nur içində yatın,MÜƏLLİM...

Müəllim, bu ada baş əyir cahan,

Ondan hansı dahi dərs almamışdır?

Müəllim sözünə qulaq asmayan,

Həyatda heç zaman, ucalmamışdır.

Bəli, doğurdan da bütün cahan müəllim adının qarşısında baş əyir. Ən böyük ziyalılarımız da müəllimdən dərs almışdır. Həyat boyu sınanmış həqiqətdir ki, müəllim sözünə, müəllim öyüd - nəsihətinə qulaq asmayan heç bir kəs lazım olan məqsədinə nail olmamışdır,həyatda xeyir tapmamışdır.

Müəllim - bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...

Müəllim gənc nəslin təlim və tərbiyəsində xüsusi rol oynayan varlıq, gələcəyimizin memarı, hər bir şagirdi üçün ikinci valideyn, cəmiyyətə düzgün və məqsədli yol göstərən mayakdır.

Böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki,belə bir vətəndaş müəlimimiz,şagirdlərinin və iş yoldaşlarının dərin rəğbətini və hörmətini qazanmış Əliyev Yəhya Muxtar oğlu yaşının və pedaqoji fəaliyyətinin gözəl bir çağında aramızı tərk etdi,haqq dünyasına qovuşdu.Çox dəyərli müəllimimizin yoxluğu ilə barışmayan başda məktəb direktoru Şahin müəllim olmaqla,məktəbin müəllim və texniki işçi heyəti,eləcə də yetişdirdiyi şagird və məzunlar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Sizin yeriniz daim görünəcək,şirin ləhcəniz daim sinif otaqlarında səslənəcək, Yəhya müəllim.Heç kimi incitmədən,heç kəsin xətrinə dəymədən,evdən deyil,eldən gedən şəxsiyyətlərdən oldunuz.Sizi heç vaxt unutmayacağıq,əziz xatirəniz daim qəlbimizdə yaşayacaq.Nur içində yatın,MÜƏLLİM...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi