1 Mart Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur

    Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu "Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü Mülki Müdafiə" mövzusudur. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 

    Təşkilatın vəzifələri həm müasir müharibələrin, həm də əmin-əmanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi-Mülki Müdafiənin başlıca vəzifəsidir.

     Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi