Xocalı soyqırımını unutma

  Xocalı soyqrımının 29-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımını unutma” mövzusunda online rəsm  sərgisi keçirilib. Şagirdlər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalarla əks etdiriblər.

  Daha sonra məktəbin tarix müəllimi Təranə Əliyeva 7B sinfində Xocalı soyqırımını unutma başlığı altında online dərs keçib. Şagirdlərə məlumatlar verilib, faciənin dəhşətləri nəzərə çatdırılıb. Şagirdlər isə araşdırmalar aparıb, referat və divar qəzetləri hazırlayıblar.

  Sərginin və dərsin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq eyni zamanda, onların bədii yaradıcılıq potensialını üzə çıxarmaq və inkişaf etdirməkdir.

 

https://youtu.be/rP_XNddOdds

https://youtu.be/t58LisENMTI

https://youtu.be/VhZYVw0c-uw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi