Respublika fənn olimpiadalarının şəhər mərhələsinin ilk günü keçirilib

   Fevralın 10-da Respublika fənn olimpiadalarının  şəhər mərhələsinin ilk günü keçirilib. Məktəblilər riyaziyyat və kimya fənləri üzrə biliklərini  sınayıblar.Respublika fənnolimpiadalarının şəhər mərhələsi  Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəbdə keçirilib. Riyaziyyat və kimya fənlərindən  rayonda fəaliyyət göstərən məktəblər üzrə (168,186, 231, 235, 243) 23 şagird iştirak edib. Mövcud epidemioloji vəziyyətlə əlaqədar, lazımi tədbirlər görülərək  olimpiada iştirakçıları imtahana buraxılıb. Nəzarətçilər iştirakçıları təlimatlandırdıqdan sonra saat 10:00 da imtahan başlayıb. İmtahana nəzarət BŞTİ-nin əməkdaşları tərəfindən aparılıb.

      Fənn olimpiadalarının   şəhər  mərhələsinin ilk günü heç bir qayda pozuntusu müşahidə olunmadan başa çatıb. Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq. İstedadlı, bacarıqlı və daha zəki olan şagirdlərin qalib olaraq növbəti mərhələyə keçmə hüququnu qazanmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi