“Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.01.2020-ci il tarixli F-35 nömrəli əmrinə əsasən  “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın məktəb turu 20 dekabr 2020-ci il tarixdə  Ms Teams platformasında onlayn şəkildə təşkil edilib. Olimpiadada Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin VI və VII sinif şagirdləri (hər iki bölmə) iştirak edib. 

  Məktəb üzrə “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın məktəbdaxili turunda  VI və VII siniflərin (hər iki bölmə) 26 şagirdi iştirak edib.Şagirdlərə 25 sual təqdim olunub. Yalniz iki şagird VII sinif şagirdi Cəfərova Xatirə(Azərbaycan bölməsi) və VI sinif şagirdi Kaziyev Umar(rus bölməsi) final turunda iştirak etmək hüququ qazanıb.

    “Lütfi Zadə adına məktəblilərarası məntiq olimpiadası”nın final turu  25 dekabrda keçirilib. Final turu da, şagirdlərin Ms Teams platforması üzərindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarəti ilə keçirilib.

VII sinif şagirdi Cəfərova Xatirə Mais qızı (Azərbaycan bölməsi) “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nda III yeri qazanıb. Təbrik edirik! Uğurlarınla fəxr edirik!

   Fevralın 3-ü  Olimpiada qalibləri , Azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri  Lütfi Zadənin doğum günü ərəfəsində məzarını ziyarət edərək,görkəmli alimin xatirəsini hörmətlə anıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi