"Vətənin qəhrəman oğulları" müsabiqəsi başa çatıb

   Y.Əliyev adına 235 № li tam orta məktəbin direktoru tərəfindən verilmiş  8 yanvar 2021-ci il tarixli  4 №li əmrinə əsasən “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün “Fəaliyyət planı”nı rəhbər tutaraq  aşağıda qeyd  olunan siniflər “Vətənin qəhrəman oğulları” videotəqdimat müsabiqəsində yüksək vətənpərvərlik ruhunu nümayiş etdirərək fəal iştirak etdiklərinə görə hər bir sinfə şəhid qəhrəmanların adı verilməsi qərara alındı. Qəhrəman şəhidlərin adlarını daşıyan nümunəvi siniflərdə, qəhrəmana həsr olunmuş guşələr,fotostendlər təşkil olunacaq,sinif şagirdləri yaxalıqlarında  qəhrəmanların şəkilləri əks olunan emblemlər daşıyacaq,şəhidlərin doğum və anım günləri anılacaq,döyüş yolları təbliğ olunacaq və ümid edirik ki, daşıdıqları yüksək adlara layiq olacaqlar.

2A -Samir Vaqif oğlu  Mehdiyev -“Vətən uğrunda",medalı

3A -Xudayar  Müslüm oğlu Yusifzadə - “Vətən uğrunda",medalı və “Azərbaycan Bayrağı”ordeni

3B-Elmar Elman Nəbiyev – “Vətən uğrunda" medalı, Füzulinin azad olunmasına görə" medalı

4A-Vüsal Səbuhi oğlu Babayev – “Vətən uğrunda" medalı, Füzulinin azad olunmasına görə" medalı

4B-Daşqın  Hidayət oğlu Səfizadə - Vətən müharibəsi şəhidi

5B-Cəbrayıl  Dövlət oğlu  Dövlətzadə - "Azərbaycan Bayrağı" ordeni , “Vətən uğrunda" medalı

5C- Albert Aqarun oğlu  Aqarunov- Milli Qəhrəman

6A- Çingiz Fuad oğlu Mustafayev -Milli Qəhrəman

6B-Mübariz Ağakərim  oğlu İbrahimov- Milli Qəhrəman

7A-Polad İsrayıl oğlu Həşimov - Milli Qəhrəman

7B-Arəstə  Kərim qızı Baxışova – “Vətən uğrunda" medalı

8A-İlqar Anzor oğlu Mirzəyev- Milli Qəhrəman

8B-Rəcəbov Əmrah – Vətən müharibəsi şəhidi

 

            Bütün qalib sinifləri təbrik edirik! Şəhidlər ölməz,Vətən bölünməz!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi