"Vətənin qəhrəman oğulları" müsabiqəsi davam edir.

Azərbaycan xalqının sentyabr ayının 27-dən başlayan 44 günlük mübarizədə qazandığı tarixi qələbənin mahiyyət və məzmununun şagirdlərə çatdırılması  üçün,II Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsinin yad edilməsi və yaddaşlara həkk olunması məqsədilə  start verilmiş "Vətənin qəhrəman oğulları" mövzusunda şagird təqdimatlarının müsabiqəsində  şagirdlərimiz  cox fəal və həvəslidirlər.Vətənpərvərlik ruhunun yüksək olması,canını Vətən uğrunda qurban verən şəhidlərimizlə qürur duymaları şagirdlərimizin hazırladıqları videotəqdimatlarda hiss etməmək mümkün deyildir. Bu cox sevindirici haldır .Şəhidlərimizin ruhları qarşısında baş əyirik!

     4A sinif şagirdləri  sinif müəllimi Zenfira İsmayilovanın və 8A sinfi  sinif rəhbərlərii Ramilə Əliyevanın rəhbərliyi altında Füzuli diyarı və gözəl Kəlbəcərə həsr etdikləri videotəqdimatlarla müsabiqəmizə qatılmağa qərar vermişlər.Uğurlar sizə,əziz dördüncülər və səkkizincilər!

https://youtu.be/uTZiXb5nbR4

https://youtu.be/RVSwCTLan6c

https://youtu.be/3BoGP7bQc40

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi