Kəlbəcər rayonu

Kəlbəcər rayonu — Azərbaycan Respublikasının ən gözəl bölgələrindən biridir."Kəlbəcər” sözünün mənası qədim türk dilində "çay üstündə qala" deməkdir.Kəlbəcərdəki toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

      Kəlbəcər ən qədim insan məskənlərindən biridir.Ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Gözəl, qədim diyarımız 1993-cü ildə Ermənistan vandalları tərəfindən işğal edilmişdir.Lakin  1 dekabr 2020-ci ildə Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.

Məktəbin 3b sinif şagirdləri  N.Rəşidovanın və 4b sinif şagirdləri  N.İsmayılovanın rəhbərliyi ilə qədim diyarımız olan Kəlbəcər rayonunu araşdırmış,bilgilər əldə etmiş videotəqdimatlar hazırlayaraq müsabiqəyə təqdim etmişlər.

https://youtu.be/jP0OVlW7u74

https://youtu.be/wdHEyYTMkXQ

 

https://youtu.be/NpQ_4rWm6q0

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi