Müsabiqəyə start verilib

  "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci ci tədris ili üçün "Fəaliyyət planı"na əsasən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, "Azərbaycan ordusunun Vətən müharibəsində vətən yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası, Qarabağ və işğaldan azad olmuş bölgələrin(yaşayış məntəqələrinin) tarixi və coğrafiyası,flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif lahiyə və tədbirlərin təşkili, "Vətənin qəhrəman oğulları" mövzusunda şagird təqdimatlarının təşkili və videoçarxların hazırlanması və s.

   Məktəb üzrə II Vətən müharibəsində şəhid olmuş qəhraman oğulların xatirəsinin yad edilməsi və yaddaşlara həkk olunması məqsədilə  "Vətənin qəhrəman oğulları" mövzusunda şagird təqdimatlarının müsabiqəsinə start verilib.

  Məktəbin 7"B" sinif şagirdləri sinif rəhbəri Könül Əliyevanın rəhbərliyi ilə Laçın rayonunu  və II Vətən Müharibəsində şəhid olmuş yeganə qadın şəhidimiz Arəstə Baxışovaya həsr olunmuş videoçarx ilə müsabiqəyə qatılıb.

 

https://youtu.be/STvH_5TyAdw

https://youtu.be/Iyjcpa2vevg

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi