"Bilik günü" qeyd olundu

      Bu  gün Respublikamızda 16 sentyabr “Bilik günü” qeyd olundu.

Dövlət himni ilə açılan Bayram tədbiri məktəbimizdə də təntənəli şəkildə keçirildi. Yığıncaqda məktəb kollektivini, valideynləri təbrik edən məktəbin direktoru Məhluqə Əzizova son üç ildə əldə edilən uğurlardan, ölkə başçısı cənab İlham Əliyevin və vitse–prezident Mehriban xanım Əliyevanın təhsilə qayğı və diqqətindən danışdı. Məktəbin öz işini “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Srtategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət planı”na uyğun qurulduğu vurğulandı.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun “Bilik günü” münasibəti ilə təbriki çatdırdı.

Təhsil Nazirliyinin 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi Təhsil Sahəsində 2018-2019-cu dəsr ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-cu il tarixli, F-550 № əmrində və “ Müasir dövrdə ümumtəhsil məktəb şagirdərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18№ əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında bu il dərs ilinin ilk günü I – IV siniflər “İdman və sağlamlıq”, V – IX “Mütaliə - mənəvi zənginliyiyə yol”, X – XI  siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzusunda dərslərin keçiriləcəyi qeyd olundu.

       Çıxış edənlər məktəbdə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksədilməsi, gənc nəslin milli dəyərlərə sadiq, millətinə ləyaqətlə xidmət edən vətəndaşların yetişdirilməsi sahəsində ciddi iş aprıldığını qeyd edərək, məktəb rəhbərliyinə və müəllimlərə dərin təşəkkürlərini bildirdilər.

       Bayram tədbiri birincilərin hazırladığı kompozisiyalar, musiqi nömrələri, rəqs nümunələrilə davam etdi.

       İlk dərs günü şagirdlərin sıra xətti üzrə siniflərə daxil olması ilə başlandı.     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi