Şagirdlərimiz Azərbaycan Milli Xalça Muzeyində

Məktəbin kitabxana müdiri Aytən Məmmədova və 3 "B"sinif rəhbəri Mərziyyə Əliyeva şagirdlərlə birgə Azərbaycan Milli Xalça Muzeyində  təşkil olunan Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ tətbiqi sənət bölməsinin rəhbəri,Azərbaycan Respublikasının xalq rəssamı Aydın Rəcəbovun əsərləri əsasında hazırlanan nağıl saatında iştirak ediblər.

Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə keçirilən "Bir  ömrün naxışları "sərgisi çərçivəsində uşaqlar üçün təşkil olunan  "Nağıl saat" ında  muzeyin əməkdaşının sənətkarın əsərlərinin mövzu və personajlarında bəhrələnərək ərsəyə gətirdiyi  "Sirli tarla" nağılını şagirdlər  dinləyiblər.Daha sonra sərgi ilə muzeyin əməkdaşı şagirdləri yaxından tanış etdi ,şagirdlərin sualları cavablandırıldı.

Muzeyin uşaq şöbəsi şagidlər üçün Aydın Rəcəbovun "Qoç " əsəri əsasında rəngləmə üzrə ustad dərsi keçdilər.Sinif rəhbəri  Mərziyyə Əliyeva şagirdlərə muzey   xoş təəssürat yaratdığını vurğuladı.

Sonda kitabxana müdiri Aytən Məmmədova rəhbərlik adından  dəvət üçün dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi