"Hərəyə bir gül əkək" adlı layihə keçirildi

           Məktəbin fəaliyyət planına uyğun olaraq 1"A" və 3 "A"  sinifləri həmrəylik göstərərək "Hərəyə bir gül əkək" adlı layihə keçirdilər. Prezident  İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
           Sinif rəhbərləri Sevinc Məmmədova və Leyla Orucəliyeva bildirdilər ki, Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış bir təşəbbüsdür. Bu təşəbbüs sadəcə simvolik məna kəsb etmir, həm də ölkənin gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində qətiyyətli öhdəliyini strateji planlaşdırmasını və fəal tədbirlərini əks etdirən addımdır. Şagirdlər sinifdə " Yaşıl dünya"mızı tərənnüm edən rəsmlər çəkdilər, sonra isə məktəbin həyətində müxtəlif güllər əkdilər. Sonda şagirdlər plakat üzərində hazırladıqları ağac  aplikasiyasını boyadıqları əllərinin əksi  ilə tamamladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi