Zərifə Əliyevanın anadan olmasının 101-ci il dönümü münasibətilə tədbir keçirildi
"Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyasının laureatı, tibb elmləri doktoru, professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəliləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101-ci il dönümü münasibətilə UBR Mədinə iskəndərova və fənn müəllimi Vüsalə Məmmədovanın təşkilatçılığı ilə tədbir keçirildi.
"Dəyirmi masa" ətrafında keçən səmimi söhbətdə şagirdlər bu böyük insandan ləyaqətli xanım, qayğıkeş ana, böyük alim, həssasqəlbli həkim kimi söhbət açdılar. Mədinə İskəndərova Zərifə Əliyevanı bir alim və həkim kimi onun Azərbaycan səhiyyəsindəki müstəsna rolundan danışdı.
Şagirdlər görkəmli alimin həyat və fəaliyyəti haqqında sənədli filmə baxdılar.
Sonda Mədinə İskəndərova onu da qeyd edərək bir daha şagirdlərə milli-mənəvi dəyər olaraq məhz Zərifə Əliyeva kimi insanları örnək göstərməyi tövsiyə etdi.