"Azərbaycanı tanıyaq və tanıdaq" layihəsinin ilk təqdimatı

Məktəbin fəaliyyət planının 1.3.22-ci bəndinə uyğun olaraq ibtidai sinif müəllimi Fatma Qəfərovanın rəhbərliyi ilə "Azərbaycanı tanıyaq və tanıdaq" layihəsinə əsasən İmişli, Beyləqan, və Cəbrayıl rayonları haqqında araşdırmalarının təqdimatı keçirildi. Məqsəd Azərbaycanımızın 3 bölgəsinin: İmişli, Beyləqan və işğal altında olan Cəbrayılın tarixini, coğrafiyasını, musiqisini, məişətini, adət-ənənələrini, folklorunu, əhalisini, ziyalılarını, istehsal sahələrini öyrənmək və öyrətməkdir. Tədbirdə alim Səttar Allahverdiyev, cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Vilayət Cabbarov, filologiya üzrə fəlsəfə doktoru və "Xudafərin" qəzetinin baş redaktoru Şakir Albalıyev, Hovuslu kənd inzibati ərazi üzrə nümayəndəsi Rasim Həsrətov, Hovuslu kənd orta məktəbin direktoru Məhəmmədəli Səfərov, "SOCAR" -ın sabiq baş energetiki Məmmədəli Məmmədzadə, Qarabağ müharibəsi əlili Mübarək Sevdimalıyev şagirdlərin maarifləndirici tədbirinə yüksək qiymət verdilər. Məktəbin direktoru Məhluqə Əzizova qonaqlara öz təşəkkürünü bildirdi, bu layihənin ilin sonuna kimi hər ay davam edəcəyini qeyd etdi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi