"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Təbiət" mövzusu üzrə layihə həyata keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Təbiət" mövzusu üzrə 2 "B" sinfində sinif rəhbəri Səbinə Əmiraslanovanəın təşkilatçılığı ilə layihə həyata keçirildi. Məqsəd təbiətə sevgi, qayğı hissini formalaşdırmaq, təbiəti, bitkiləri qorumağın vacibliyini aşılamaqdır. Şagirdlər topladıqları müxtəlif bitki nümunələri ilə sinifdə təbiəti tərənnüm edən bilərzik hazırladılar. Hazırladıqları bilərzikləri qollarına taxaraq sevgi və sevinclə nümayiş etdirdilər.