Qarabağın tarixi haqqında həqiqətlər və Qəhrəmanlıq səlnaməsi
Məktəbin fəaliyyət planına əsasən tarix müəllimi Aşiq Mehdiyev və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə 6 "C", 7 "C", 8 "A" sinif şagirdlərinin fəal oxucuları ilə "Qarabağ tarixi haqqında həqiqətlər və Qəhrəmanlıq səlnaməsi adlı dəyirmi masa keçirildi.
Məqsəd şagirdləri vətənə məhəbbət hisslərini aşılamaq və tarixi torpaqlarımız xüsusən Qarabağ haqqında həqiqətləri tarixi faktları mənimsətməkdir.Dəyirmi masada əsas məqsəd göstərilən xronoloji çərçivədə şagirdlər Qarabağ haqqında, yaranması, Kürəkçay müqaviləsi, ermənilərin Qarabağa köçürülməsi, Qarabağın tarixi şəxsiyyətləri, Şuşa şəhəri haqqında, l və ll Qarabağ müharibəsi, antiteror əməliyyatı haqqında məlumat verdilər. 7 "C" sinif şagirdləri Qacar, Şeyx və Vaqifin dioloqunu təqdim etdilər. Tarix müəllimi Aşiq Mehdiyev həmçinin dünənin və bugünün ayrılmaz parçası "Qarabağnamə" lərdən məlumat verərək tarixi həqiqətlər Qarabağa aid həqiqətlərdən məlumat verdi.
Dəyirmi masada məktəbin UBR Mədinə İskəndərova iştirak etdi.
Sonda şagirdlər Qarabağ haqqında musiqi səsləndirdilər.