"Ağır, yüngül" mövzusunda nümunəvi dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 1 "A" sinfində Leyla Orucəliyeva riyaziyyatdan "Ağır, yüngül" mövzusunda nümunəvi dərs keçirdi . Dərsdə kollektiv və qrup işindən istifadə olundu. Auksion zamanı " Daha ağır olanı söylə" oyunu keçirildi və ən ağır əşya söyləyən şagird qalib oldu. Şagirdlər əşyaları tərəzilərdə çəkib müqayisə etdilər. Məqsəd müxtəlif əşyaları tərəzidə ölçüb, kütlələrini müqayisə etmək idi. Dərsdə məktəbin direktoru Günel Fətəliyeva və təlim - tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova iştirak etdilər.