"Yaşıl dünya " adlı rəsm müsabiqəsi keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq Təsviri incəsənət müəllimi Ruhəngiz Hüseynova V-IX sinif şagirdləri arasında "Yaşıl dünya" mövzusunda rəsm müsabiqəsi keçirdi.
Müsabiqənin məqsədi ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdim edilməsi, ətraf mühitin mühafizəsinin, sağlam ekoloji şəraitin yaradılmasının vacibliyinin vurğulanmasıdır. Yaşıllıqlar içərisində keçirilən rəsm müsabiqəsi şagirdlərdə yüksək motivasiya hissi yaratdı ki, təbiət gözəlliklərini həvəslə öz rəsmlərinə köçürtdülər. Müsabiqədə iştirak edən şagirdlər: H,Fatimə, M, Aysun, H,Məsumə, Ə,Sevinc, H,Sürəyya, M,Nərgiz, Q,Abbas, B.İradə, Q.Ahu, M.Zəhra, Q.Ayan , Ə.Ayan fəallıq göstərdilər.
Seçilən rəsmlər tənha rəngliyi ilə göz oxşayırdı. Sonda fəal şagirdlərimiz məktəbin fəxri fərmanı ilə təltif olundular.