20-Yanvar faciəsindən 35 il ötür
Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "B" sinfində "20-Yanvar faciəsindən 35 il ötür " adlı təşkilat saatı keçirildi. Sinif rəhbəri Aslanova Könül şagirdlərə 20 yanvar hadisələri ilə bağlı məlumat verdi.
Məqsəd xalqımızın başına gətirilən faciələri şagirdlərə çatdırmaq, düşmənə qarşı nifrət hissini gücləndirmək idi.
Tədbirdə təşkilatçı müavin İsrafil Hüseynov iştirak etdi. Şagirdlərə 20- Yanvar faciəsində xalqımızın başına gətirilən müsibətlər haqqında məlumat verdi.
Şagirdlər sonda bu faciəni əks etdirən şəkillər rənglədilər, şeirlər səsləndirdilər.