Qiymətləndirmə ilə bağlı metodik görüş
Məktəbin fəaliyyət planına uyğun olaraq gənc müəllimlərlə işin təşkili, onlara metodik kömək göstərilməsi məktəbin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biridir. Gənc müəllimlərə dəstək məqsədilə məktəbin ibtidai sinif müəllimi Leyla Orucəliyeva Böyük Summativ Qiymətləndirmə vasitələrinin hazırlanması və keçirilməsi ilə bağlı görüş keçirdi. Görüşdə BSQ vasitələrinin hazırlanma təlimatı nümayiş etdirildi ,sualların səviyyələr üzrə tərtib olunması xüsusi qeyd olundu. Müəllimlər qarşılıqlı fikir mübadiləsi və müzakirələrdə fəal iştirak etdilər.