Valideyn iclası keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 4 "A" sinif valideynləri ilə iclas keçirildi.Məqsəd şagirdlərin davranışı, sinifin ümumi vəziyyəti, şagirdlərin göstəriciləri barədə valideynləri məlumatlandırmaq,onlarla əməkdaşlıq etməkdir. Təşkilatçı müavin İsrafil Hüseynov çıxış edərək qeyd etdi ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətinin artırılmasında valideynin rolu danılmazdır, bunu nəzərə alaraq, məktəb-valideyn əməkdaşlığını gücləndirmək ən vacib şərtlərdən biridir. Məktəbin kitabxana müdiri Aytən Məmmədova çıxışında bildirdi ki mütaliənin uşaqların dünya görüşündə,təfəkkürünün inkişafında rolu əvəzolunmazdır.şagirdlərin asudə vaxtlarında xüsusilə oxu vərdişlərinin inkişafına valideynlərin diqqət yetirməsini qeyd etdi
İclasda Sinif rəhbəri Sevinc Məmmədova şagirdlərin ümumi tədris göstəriciləri haqqında məlumat verdi. Valideynlərə şagirdlərin tədris fəaliyyətinə daha aktiv dəstək vermələrini tövsiyyə etdi.Şagirdlərin müvəffəqiyyətinin artırılması üçün ailə -məktəb əlaqəsinin vacib olduğunu vurğuladı.Valideynlərlə müzakirə aparıldı,fikirləri və təklifləri qeydə alındı.