“Məktəb-şagird-valideyn”üçbucağı
Məktəbin fəaliyyət planına uyğun olaraq psixoloq Ləman Mehtiyeva 5 “A”,5 “B» sinif valideynləri ilə “Məktəb-şagird-valideyn”üçbucağı mövzusunda vebinar keçirdi. Görüş zamanı psixoloq şagirdlərin yaş xüsusiyyətləri, böhran dönəmləri haqqında danışdı. Bu dönəmlərdə uşaqlarla necə davranmalı və nələrə yol verməməliyik deyə valideynlərə məsləhətlər verdi. Görüşdə sinif rəhbərləri Kəminə Zalova və Fərqanə Ələkbərova iştirak edərək valideynlərə öz tövsiyyə və fikirlərini çatdırdılar.